• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1715
— 17.07.2021 19:11

XİN-dən Paşinyana cavab

KepezTV Player

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə brifinqdə səsləndirdiyi fikirlərlə münasibət bildirib. “Böyük Ermənistan” xülyasından çıxış edərək Azərbaycana qarşı ərazi iddialarını günü bu gün də davam etdirən Ermənistanın Baş naziri vəzifəsini icra edən Paşinyan görünür, öz ölkəsinin aqressiv, destruktiv və barışmaz siyasətinə hər hansı “əsaslar” yaratmağa çalışır. Paşinyanın diqqətinə çatdırırıq ki, Ermənistandan fərqli olaraq, Azərbaycanın bu günədək heç bir dövlətə qarşı ərazi iddiası olmayıb. Müasir Ermənistan ərazisi Qərbi Azərbaycan adlanır. Zəngəzur bölgəsi və onun Şərq və Qərb hissələrinə bölünməsi də tarixi reallıqdır. Soydaşlarımızın həmin ərazilərə qayıtması onların malik olduğu ən təbii haqlarıdır. Bu ərazi iddiası yox, qaçqınların öz evlərinə geri qayıtmasıdır; necə ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat bunu özündə ehtiva edir - deyə, L.Abdullayeva vurğulayıb. O ki qaldı Paşinyanın “sərhəd gərginliyi, delimitasiya prosesinə əngəl törətmək” iddialarına, bu, Paşinyanın riyakarlığıdır. İllərdir ki, sərgilənən bu destruktiv yanaşmanın Ermənistan üçün nə ilə nəticələnəcəyini təxmin etmək isə çətin deyil".