• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 673
— 16.07.2021 19:00

Prezident sərəncamlar imzaladı

KepezTV Player

Prezident İlham Əliyev sərəncamlar imzalayıb. Məftun Abbasov Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib. Lətif Qəndilov Azərbaycan Respublikasının Belarus Respublikasında səfiri və eyni zamanda Azərbaycanın Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb. Ülvi Baxşəliyev Azərbaycanın Belarusda səfiri təyin edilib. Prezident İlham Əliyev Rəşad Məmmədovun Azərbaycanın Qazaxıstanda səfiri vəzifəsindən geri çağırılması, Ağalar Atamoğlanovun Qazaxıstanda səfir təyin edilməsi ilə bağlı da sərəncamlar imzalayıb. Həsən Məmmədzadə Tacikistan Respublikasında səfir vəzifəsindən geri çağrılıb, Əlimirzamin Əskərov həmin ölkəyə səfir təyin edilib. Əli Əlizadə Pakistanda səfir vəzifəsindən geri çağrılıb, Xəzər Fərhadov Pakistana səfir təyin edilib. Prezident İlham Əliyev “Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Prokurorluğun xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb. Digər fərmanla məhkəmələrin aparatlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə köçürülən vəsaitdən istifadə qaydası hazırlanacaq.Mülki məhkəmə icraatında vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına peşəkar hüquqi yardım göstərilməsi imkanlarının genişləndirilməsi ilə bağlı qanunvericilik aktlarında da dəyişiklik ediləcək.