• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1808
— 15.07.2021 19:20

15 iyul hadisələri ilə bağlı anım tədbiri keçirilib

KepezTV Player

Türkiyənin Gəncədəki Baş Konsulluğunda 15 İyul - Türkiyənin Demokratiya və Milli Birlik Günü ilə əlaqədar media nümayəndələri ilə görüş keçirilib. Baş konsul  Zeki Öztürk Türkiyədə 2016-cı il iyulun 15-dən 16-na keçən gecə legitim hakimiyyəti hərbi yolla ələ keçirmək istəyən qüvvələrin çirkin niyyətlərindən danışıb. Vurğulanıb ki, beş il əvvəl qəhrəman Türkiyə xalqı Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək dövlət çevrilişi cəhdinin qarşısını aldı. Məhz bu qəhrəmanlıq nəticəsində Türkiyə dövləti təlatümlərdən xilas oldu. Həmin gün cəsur insanlar öz canlarını fəda edərək dövlətin devrilməsinə, ölkədə vətəndaş müharibəsinin başlamasına imkan vermədilər. Hərbi qiyamçılar xalqın gücü qarşısında acizliklə təslim oldular. **Gəncə Şəhər İcra Hakimiyyəti rəsmilərinin iştirakı ilə keçirilən digər tədbirdə FETÖ terror təşkilatının törətdiyi dövlət çevrilişi cəhdinin Türkiyə xalqının qan yaddaşında acı izlər buraxdığı vurğulanıb. Hərbi çevrilişə cəhd nəticəsində 251 nəfərin şəhid olduğu,  2100-dən artıq sakinin isə  yaralandığı bildirilib. Sonda 15 İyul - Demokratiya və Milli Birlik Günü ilə əlaqədar hazırlanan videoçarx nümayiş olunub.