• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2273
— 13.07.2021 19:09

Uşaqlar üçün bütünsəl sağlamlıq pilot layihəsinin reallaşdırılmasına başlanılıb

KepezTV Player

Avropa ölkələrində geniş yayılan, xüsusilə bağçalarda, məktəblərdə, xəstəxanalarda tətbiq olunan bütünsəl sağlamlıq layihəsi Gəncədə də pilot şəkildə həyata keçirilməyə başlayıb. Əsas məqsəd uşaqların sağlamlıqları ilə bağlı doğru seçim etməyinə yardım göstərməkdir. Stress nəinki böyüklərin, uşaqların da hissi, zehni və fiziki tarazlığına zərər verir. Onların öyrənmə qabiliyyəti və sosiallaşmasına da mənfi təsir göstərir. Həmçinin gənclərdə bədbinlik, diqqət əksikliyi və yaddaş zəifliyinə gətirib çıxarır. Uzun müddət ekran arxasında əyləşən və sosial şəbəkələrdə daim aktiv olan yeniyrtmələrdə nəfəs həcminin azlığı təsdiq edilib. Düzgün nəfəs alma ilə yanaşı, olduğu yerə, zamana fokuslanmaq uşaqların yaradıcılıq və xəyal qurma qabiliyyətinin artırılmasına səbəb olur. Bütünsəl sağlamlıq layihəsinin icrası zamanı nəfəs oyunları və hekayəli meditasiya üsullarında istifadə edilir. l çəkdik. Ağaclara baxdıq. Maraqlı oldu. Onları yadıma salıb darıxanda edə bilərəm.