• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1406
— 13.07.2021 12:13

Gənclər hərbi xidmətə yola salınıblar

KepezTV Player

Prezident İlham Əliyevin sərəncamına müvafiq olaraq Goranboyda gənclər ordu sıralarına yola salınıblar. Tədbir iştirakçıları və çağırışçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Dahi şəxsiyyətin adını daşıyan mərkəzdə ulu öndərin həyat və fəaliyyətinə dair stendlərlə tanış olublar. Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin rəisi, polkovnik-leytenant Abidin Rüstəmov çağırışçıları hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edib, onlara şərəflə xidmət etmələrini, nizam-intizamlı olmalarını, vətənimizin keşiyində ayıq-sayıq dayanmalarını, komandirlərin tapşırıqlarını sözsüz yerinə yetirmələrini tövsiyə ediblər. Hazırda regionun ən güclü və qüdrətli ordusuna çevrilən Silahlı Qüvvələrimizin Vətən Müharibəsində əsl qəhrəmanlıq, yüksək peşəkarlıq nümayiş etdirərək işğal altında olan torpaqlarımızı azad etdiyi vurğulanıb. Çağırışçılar tədbir iştirakçılarını əmin edib ki, hərbi xidmətdə qalib Azərbaycan əsgəri adını şərəflə daşıyacaqlar. Sonda gənclər Qurani-kərimin altından keçərək və Azərbaycan bayrağını öpərək hərbi xidmətə yola düşüblər.