• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1992
— 12.07.2021 19:19

Şəhidin adını daşıyan tədris mərkəzi açılıb

KepezTV Player

Gəncədə şəhid Rauf Əsgərovun adını daşıyan tədris mərkəzi istifadəyə verlib. Açılış mərasimində şəhidin ailə üzvləri, yaxınları, dostları, eləcə də müharibə veteranları iştirak ediblər. Rəmzi qırmızı lent kəsildikdən sonra çıxış edənlər şəhidin döyüş yolundan, onun qəhrəmanlığından, şücaətindən bəhs ediblər. Tədris mərkəzinə Rauf Əsgərovun adının verilməsinin şəhidlərin adlarını əbədiləşdirmək baxımından mühüm rol oynadığı vurğulanıb. Nizami prospektində yerləşən mərkəzdə müxtəlif yaş qruplarından olan məktəblilər təhsil ala biləcəklər. Həftənin 6 günü fəaliyyət göstərəcək tədris mərkəzində təlim və inkişaf, psixololoji və loqopedik xidmətlər, proqramlaşdırma, xarici dil kursları və ibtidai sinif şagirdləri üçün fənlər tədris olunacaq.