• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2312
— 09.07.2021 20:08

MİQ imtahanları Gəncədə də davam edir

KepezTV Player

2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start verilir. İyulun 5-dən başlanan proses ölkə üzrə 12 şəhər və rayonda 13 imtahan mərkəzində aparılır. İmtahanlar Gəncədə 2 mərkəzdə təşkil edilir.

İmtahanlar pandemiya şərtlərinə uyğun olaraq keçirilir. Namizədlər imtahan binasına daxil olarkən tibbi maskadan və dezinfeksiyaedici vasitələrdən istifadə edirlər. Temperaturları yoxlandıqdan sonra, ara məsəfəsi qorunmaqla imtahan otaqlarına buraxılırlar.

Elnur Qasımov - Gəncə şəhəri üzrə imtahan mərkəzinin rəhbəri: Gün ərzində demək olar ki, hər mərkəzdə müəyyən saylarla namizədlər daxil olur. Və imtahan gedişində, imtahan suallarını yazdıqdan sonra dərhal cavabları bilinir və imtahan bitdikdən sonra namizədlər imtahanın sonunda 10 dəqiqə müddətində etdikləri səhvlərə də baxa bilərlər. Hər seansa 80-90 nəfər limitində namizəd üçün yer ayrılıb.

60 minə yaxın namizədin iştirakı nəzərdə tutulan imtahanlar avqustun əvvəlinə kimi davam edəcək. Bu il əvvəlki illərlə müqayisədə daha çox müraciət qeydə alınıb.

 

Aişə Rzayeva