İyul ayının 1-dən respublikamızda toyların, ad günü və digər şənliklərin keçirilməsinə icazə verildi. Ancaq məclislər pandemiya qaydalarına uyğun olaraq müəyyən şərtlərlə həyata keçilir. Qaydalara necə əməl edilməsini yoxlamaq üçün Qida Təhlükəsizliyi Agentliyinin Gəncə Regional Bölməsinin əməkdaşları şadlıq saraylarında maarifləndirici reydlərə başlayıblar.
Masalar arasındakı məsafəyə diqqət edilməli, masa arxasında 6 nəfərdən artıq oturmamalıdır. Reyd zamanı AQTA-nın əməkdaşları şadlıq sarayında məsul şəxsin təyin edilməsi, sıxlıq löhvələrinin yerləşdirilməsi qaydalarını izah ediblər.
İşçi heyəti gigiyenik qaydalara əməl etməli, maska və əlcəklərdən istifadə etməlidirlər. Masaların üzərinə dezinfeksiyaedici məhlullar qoyulmalıdır. Ən vacib şərtlərən biri isə portalda qeydiyyatdan keçməkdir.
Şadlıq saraylarında maarifləndirici reydlər bundan sonra da davam edəcək.
Elnur Vahidoğlu
- Baxış: 501