• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1156
— 06.07.2021 20:02

Qısamüddətli yuxu tutmaları - Narkolepsiya

KepezTV Player

Yol gedərkən, avtobusda və ya iş yerində davamlı olaraq yuxusu gələn, əsnəyən insanlar. Yəqin ki, sizin də belə tanışlarınız var və ya siz özünüz bu problemdən əziyyət çəkirsiniz. Bəzən sadəcə yorğunluq və yuxusuzluqla əlaqələndirilən bu hal tibbdə narkolepsiya adlandırılır. Əməkdaşımız Aişə Rzayevanın süjetini gətirək ekranlara.

Narkolepsiya qısamüddətli yuxu tutmalarının vaxtaşırı təkrarı ilə xarakterizə olunan xəstəlikdir. Adətən gənc yaşlarda başlayır. Tutma bir neçə dəqiqə davam edir və başa çatdıqda xəstə özünü tamamilə sağlam hiss edir. Narkoleptik tutmada yuxu bütün iradi əzələlərin boşalması ilə müşayiət olunmur. Buna görə xəstələr yuxu tutması zamanı bir şeyə söykənərək dayana bilərlər.

Mütəxəssislərin sözlərinə görə, xəstəliyin köklü müalicəsi olmasa da, bəzi preparatlardan istifadə etməkdə və məsləhətlərə qulaq asmaqda fayda var.

İnsan gün ərzində orta hesabla 7-8 saat yatmalıdır. Lakin sizing yuxuya olan tələbatınız daha çoxdursa, narkolepsiyadan əziyyət çəkdiyinizi düşünürsüzsə, həkim məsləhəti almaqda fayda var.