• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1223
— 06.07.2021 19:23

Ehtiyata buraxılan hərbi qulluqçuların yola salınması mərasimi keçirilib

KepezTV Player

İşğaldan azad olunan ərazilərdə yerləşən hərbi hissələrdən birində ordudan tərxis olunan hərbi qulluqçuların yola salınması münasibətilə “Əsgər, xidmətinə görə sağol!” adlı tədbir keçirilib. Xidmətini başa vuran əsgərlər silah və zirehli gödəkçələrini döyüş növbətçiliyinə yeni daxil olmuş əsgərlərə təhvil verərək onlara bu yolda uğurlar və qələbə sevinci arzulayıblar. Sonra Vətən müharibəsi zamanı göstərdikləri şücaətə görə təltif olunanlara medallar, xidmətdə fərqlənən hərbi qulluqçulara isə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub. Tədbirin sonunda ehtiyata buraxılan hərbi qulluqçuların yola salınması münasibəti ilə qurbanlar kəsilib.