• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1047
— 01.07.2021 12:26

Beynəlxalq təlimdə “Yüksək səviyyəli müşahidəçi günü”

KepezTV Player

“Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi çərçivəsində “Yüksək səviyyəli müşahidəçi günü”keçirilib. Əvvəlcə təlimin məqsədi, pilotların hazırlığı, yerləşməsi, cəlb edilən qüvvələr, icra edilən tapşırıqlar, aviasiya vasitələrinin uçuşu və istifadəsi barədə brifinq təqdim olunub. Sonra qonaqlar Türkiyə Silahlı Qüvvələrinin məşhur “Mehtəran” birliyinin “Mehtər marşı”nı və Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan F-5 və F-16 tipli təyyarələrinin nümunəvi uçuşlarını izləyiblər. Qonaqlar simmulyasiya mərkəzi ilə də yaxından tanış olublar. Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüz təlimlərdə iştirak edən pilotların hazırlığını yüksək qiymətləndirib.