• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1236
— 30.06.2021 12:30

Xan bağında 150 yaşlı çinar aşdı

KepezTV Player

Gəncədə çoxillik çinar ağacı aşıb. Hadisə Xan bağında baş verib. Yaşı 150-ə yaxın, diametri 1 metr 10 sm, uzunluğu 50-55 metr olan Şərq çinarı bu gün səhər saat 7.40 radələrində kökündən qoparaq aşıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan və yaralanan olmayıb. Yerə döşənən piltələr dağılıb, bir oturacaq yararsız hala düşüb. Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları əraziyə cəlb olunublar və lazımi tədbirlər görülüb.