• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1352
— 30.06.2021 12:25

Göygöl polisi müsabiqə iştirakçıları ilə görüşüb

KepezTV Player

Göygöl Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Baş Dövlət Yol Polisi İdarəsi və Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə müxtəlif bölgələrdə şagirdlərin yol hərəkəti qaydaları ilə bağlı bilik və bacarıqlarını yoxlamaq məqsədilə onlayn formada keçirilmiş yarışda rayonu təmsil edən məktəblilərlə görüşüblər. İştirakçılara təşəkkürnamə təqdim edilib və şagirdlərin diqqətinə çatdırılıb ki, belə müsabiqələrin keçirilməsində əsas məqsəd şagirdlərə yol hərəkəti qaydaları haqqında dolğun məlumat vermək, təhlükəsiz davranış vərdişlərini aşılamaqdan ibarətdir.