• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1382
— 30.06.2021 12:20

Bakıda Azərbaycan-Türkiyə birgə təlimləri davam edir

KepezTV Player

Azərbaycan və Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda “Mustafa Kamal Atatürk – 2021” birgə döyüş atışlı taktiki təlimləri davam edir. Döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilən təlimlərdə müxtəlif təlim-döyüş tapşırıqları icra olunur.