KepezTV Player
Paytaxtda “Courtyard by Marriott Baku” otelinin açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlət başçısı və birinci xanım oteldə yaradılan şəraitlə tanış olublar. “Courtyard by Marriott Baku” otelində 365 otaq, iclas, idman zalları, restoran yaradılıb. Bu otel kompleksi Avropada və dünyada xüsusi imicə malik otellər şəbəkəsi tərəfindən inşa edilib.
- Baxış: 594