Gəncə məktəblilərinin iştirakı ilə Şəhidlər Xiyabanında “Şəhidlər unudulmur” adlı tədbir keçirilib. Öncə şagirdlər mətin addımlarla şəhidlərin məzarları önündən keçid ediblər. Ardından Şəhidlər abidə kompleksinin önündə çıxışlar olub. Qüdrətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbədən danışılıb. Şəhidlərimizin vətən, dövlət və xalq qarşısında öz borcunu layiqincə ödəyib qəhrəmanlıq nümunəsi yaratdıqları, milyonlarla insanın sevgisini, rəğbətini qazandığı vurğulanıb. Şagirdlərin vətənpərvərlik ruhunda söylədikləri şeirlərdən sonra şəhidlərin məzarları ziyarət olunub, xatirələri dərin ehtiramla yad edilib.
Gülüstan Hacıyeva - müəllimə: Nizami məqbərəsində olduq. Məqbərənin qarşısında Xarıbülbül fileşmobunu düzəltdik, Gəncə qapıları önündə uşaqlar çıxış etdilər, Heydər Əliyev parkında tədbirimiz oldu. Uşaqlara vətənpərvərlik hissini aşılamaq üçün şəhidlərini, qəhrəmanlarını yaxşı tanısınlar deyə ən çox bu çərçivədə işlər gördük. Başa düşsünlər ki, şəhidlər ölməzdir və onları biz heç vaxt yaddan çıxartmamalıyıq. Hər an onlar bizim yaddaşımıza həkk olunmalıdır.
- Baxış: 414