• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1593
— 28.06.2021 12:24

Yay məktəbinə maraq böyükdür

KepezTV Player

Ölkə məktəblərində  ilk dəfə olaraq təşkil edilən "Yay məktəbi" Goranboyun 36 təhsil müəssisəsində də şagirdləri bir araya gətirib. Maraqlı və yaddaqalan, müxtəlif oyunlarla keçirilən yay məktəbi uşaqların böyük marağına səbəb olub.

Salam uşaqlar. Mən feiləm. Mənim suallarım, nə edir, nə etdi, nə edəcək, suallarıdır. Mən əsas nitq hissəsiyəm.

"Yay məktəbi" çərçivəsində Goranboyun orta məktəblərinin şagirdlərinə dərslər təhsil ocaqlarının həyətində, açıq havada müxtəlif maraqlı oyunlarla keçirilir. Rayonun 36 məktəbindən 1682 şagird könüllü olaraq dərslərdə iştirak edir.

Pandemiya ilə əlaqədar olaraq dərslərin onlayn qaydada keçirilməsi şagirdlərə bilik və bacarıqların aşılanmasında müəyyən çətinliklər yaratdı. “Yay məktəbi" də məhz bu çətinlikləri aradan qaldırmaq məqsədilə təşkil edilib. Tədrisin bu formada təşkili müəllimlərin də ürəyincədir.

Goranboyda "Yay məktəbi"ndə tədrisin keyfiyyətinin yoxlanması üçün mütamadi olaraq manotorinqlər keçilir, şagirdlərin tarxi yerlərə ekskursiyaları təşkil edilir.

“Yay məktəbi” ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaşlarına uyğun təşkil edilib. I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik  3 saat, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 4 saat olmaqla təşkil olunub.

Elnur Vahidoğlu