• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2306
— 28.06.2021 11:58

Şəmkir və Qazax sakinləri yanğın təhlükəsizliyi ilə bağlı maarifləndiriliblər

KepezTV Player

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları aidiyyatı qurumların təmsilçiləri ilə birgə sakinlərlə mütəmadi olaraq görüşlər keçirərək, onları əkin sahələrində baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə maarifləndirirlər. Dəllər Cırdaxan kəndində pandemiya qaydalarına riayət edilməklə keçirilən görüşdə hər il yay aylarında ölkə ərazisində baş verən yanğınlar haqqında məlumatlar verilib. Qeyd edilib ki, cüzi ehtiyatsızlıq qarşısıalınmaz yanğınlara səbəb olur və nəticədə əkin və meşə sahələrinin məhvi ilə nəticələnir.

Qazax Rayon Polis& Şöbəsinin əməkdaşları da analoji görüşlər keçiriblər. Sakinlərin diqqətinə çatdırılıb ki, əkin sahələrində, təbiət ərazilərində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır. Taxıl və ot biçinlərindən sonra sahələrə od vurulmamalı, həmçinin digər təhlükəsizlik qaydalarına riayət edilməlidir.