• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3134
— 28.06.2021 12:06

Daha 4 qazimiz sağalaraq Türkiyədən Vətənə dönüb

KepezTV Player

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 4 qazimiz sağalaraq Vətənə dönüb. Nurəliyev Rauf Bəhman oğlu, Musayev Gündüz Sabir oğlu, Abdurrəhmənov Nicat İlqar oğlu və Muradov Turan Xudat oğlunun Türkiyədəki müalicə proseduru uğurla yekunlaşıb. Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib. Daha 56 qazimizin müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.