• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1640
— 26.06.2021 20:45

"Kəpəz"çilərin Vətən müharibəsində əməyi

KepezTV Player

44 günlük vətən müharibəsi ilə ordumuz hərb tarixinə şanlı qələbə sevincini yazdı. Şübhəsiz ki, bu qələbədə pay sahibi olanlar hərbçilərimiz, onların qəhrəmanlığı və rəşadətidir. Kəpəz Müstəqil Teleradio şirkətinin 5 nəfər əməkdaşı da adını qəhrəmanlıq səlnaməmizə yazanlardandır.

Bu gün Azərbaycan xalqı silahlı qüvvələr gününü qeyd edir. Özü də sevinclə, fərəhlə və qürurla. Çünki 30 illik işğalda olan torpaqlarımızı azad etmişik.

Azərbaycan torpaqlarını işğaldan azad edən müzəffər Ordumuz öz tarixi missiyasını yerinə yetirdi, 44 günlük Vətən Müharibəsində tarixi zəfərə imza atdı. Qəhrəmanlıq göstərən, canı və qanı bahasında işğala son qoyanlar sırasında Kəpəz Tele-Radio şirkətinin əməkdaşları da var. Həmin qəhrəman oğullardan biri xəbər departamentinin xüsusi mübiri Orzan Cəfərzadədir. Müharibənin ilk günlərindən könüllü olaraq döyüşə atılan həmkarım hava hücumumundan müdafiə bölməsində xidmət edib.

Orxan Cəfərzadə qazi: Cəbrayıl, Qubadlı, əsas bu ərazilərdə olmuşam. Bundan əlavə Xocavənd, Zəngilanın da ərazilərində olmuşam. Çox qürur hissi idi ki, biz gedib orada iştirak elədik. Həm televiziyamızı orada təmsil elədik, həm də vətəndaş borcumuzu yerinə yetirdik. Mənə içdən gələn bir hisdir. Atamda, əmimdə Birinci Qarabağ müharibəsində olublar. Onların danışığından həmişə ilhamlanırdım ki, məndə müharibədə olum. Çox xoşəbəxtəm ki, müharibədə iştirak elədim. Ən çox sevindiyim o olub ki, neçə illərdi ki, heç kimin ayağının dəymədiyi yerlərə mənim və əsgər yoldaşlarımın ayağı dəyib. Həqiqətən çox sevincliyəm.

"Kəpəz"in Vətən müharibəsində iştirakçılarından biri də Kəpəz FM radiosunun səs rejisoru Məhərrəm Məsimzadədir. Savaş başlayan ilk gündən Cəbrayıl, Qubadlı, Laçın istiqamətlərində gedən qızğın döyüşlərdə igidlik göstərib. Ali baş komandan tərəfindən 3 medala layiq görülüb.

Məhərrəm Məsimzadə  qazi: Bu gün bütün hərbiçilərin bayramını təbrik edirəm. Bu il bizim həm qələbə, həm də silahlı qüvvələr günüdür. Kəpəz FM kollektivi adından mən orada döyüşlərdə iştirak elədim. Bu mənim üçün bir fəxrdir. Çünki 30 ilə yaxın idi torpaqlarımız işğal altında idi. Mənim arzum idi ki, bu döyüşlərdə iştirak etdim. Şükür ki, döyüşdən sağ-salamat, alnı açıq döyüşdən qalib ordunun əsgəri kimi qayıtdıq. Bununla da mən fəxr edirəm.

Xəbərlər departamenitinin montajçısı 26 yaşlı Elnur Şabanzadə isə həmlə taborunda sanitar təlimatçı olub. Vəzifəsi yaralı hərbçiləri döyüşmeydanından çıxartmaq və ilkin tibbi yardım göstərmək olub. Əsasən Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edib.

Elnur Şabanzadə  qazi: Mən vətən müharibəsi iştirakçısı kimi şəhidlərimizi hörmətlə anır, rəhmət diləyirəm. Eyni zamanda qazilərimizə və silahlı qüvvələrin şəxsi heyyətinə uzun ömür can sağlığı arzu edirəm. Vətən müharibəsi iştirakçısı kimi qürur duyuram ki, qalib ordunun, qalib vətəndaşıyıq. Bu münasibətlə Azərbaycan xalqını da təbrik edirəm. Kəpəz müstəqil teleradio şirkətin əməkdaşı olaraq mən bu müharibədə iştirak etdim. Kəlbəcərin azad edilməsi medalı ilə təltif edildim. Cənab prezidentə dərin təşəkkürümüzü bildiririəm.

Kəlbəcərin azad olunmasına görə medalı alan digər əməkdaşımız isə efir redaktoru olan Zaur Nağıyevdir. Ailənin böyük övladı olan 29 yaşlı Zaur da döyüşlərdə qəhrəmanlığı ilə fərqlənib.

Zaur Nağıyev qazi: Şükür bü günkü günə ki, torpaqlarımız azad olundu, hamısı yerinə qayıtdı. Birinci şəhidlərimizə borcluyuq, Allah onlara rəhmət eləsin, qazilərimizə də can sağlığı versin. Kəpəz kollektivi adından iştirak elədim. Hətta mənimlə iş yoldaşlarım da var idi. Cənab prezident tərəfindən Kəlbəcərin azad olunmasına görə medalı ilə təltif olundum. Burdan cənab prezidentimizə təşəkkürümüzü minnətdarlığmızı bildirirəm. Silahlı qüvvələr günü münasibəti ilə hər kəsi təbrik edirəm. İnşallarh innən sonrakı həyatımız sülhlə olsun.

Radiomuzun səs rejisoru 33 yaşlı Xəyal Hüseynov. Onun da alnına Vətən müharibəsində iştirak yazılıbmış. O da Dəmir yumruq əməliyyatının qalib əsgərlərindəndir.

Xəyal Hüseynov  qazi:Müharibə başlıyanda heç tərəddüt etmədən döyüşlərə atıldım. 44 günlük müharobədə Kəlbəcər uğrunda döyüşlərdə iştirak elədim. Mən də qalib ölkənin qalib vətəndaşıyam. Bu zəfərdə, bu qalibiyyətdə mənim əməyim olubsa çox sevincliyəm. Kəpəz kollektivi adından bu döyüşlərdə iştirak elədim və Kəlbəcərin azad olunmasın uğrunda medalı ilə təltif olundum. Buna görədə cənab prezidentə öz təşəkkürümü bildirirəm. Silahlı qüvvələrin yaranması günü münasibəti ilə ali baş komandan başda olmaqla bütün hərbiçiləri bu əlamətdar gün münasibəti ilə təbrik edirəm. Bayramınız mübarək.

30 illik işğala son qoyanlar sayəsində indi tarixi torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. Bayram olaraq qeyd etdiyimiz 26 iyun tarixindən indi onlara da pay düşür. Axı onlar da qələbə də pay sahibi olanlardandır.