• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 883
— 25.06.2021 15:23

8 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi davam edir

KepezTV Player

31 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Əlirzalı–Xan Qərvənd–Səfikürd–Tap Qaraqoyunlu avtomobil yolunun tikintisi Xan Qərvənd kəndini əhatə edən istiqamət və Tap Qaraqoyunlu kəndinə qədər olmaqla 2 istiqamət üzrə aparılır.Artıq layihənin Əlirzalı və Xan Qərvənd ərazilərini əhatə edən hissələrində işlər yekunlaşıb. Yeni Yol və Təhlə kəndləri ərazilərində isə artıq asfalt-beton döşənməsi işləri icra olunub, hazırda yolun çiyin hissələrinin optimal-çınqıl materialı ilə bərkidilməsi işləri görülür. Aşağı Ballıqaya, Nərimanlı, Zeynallı ərazilərində isə yol əsasının tikintisi həyata keçirilir. Sözügedən yolun yenidən qurulması yol boyu yaşayan vətəndaşlarımızın rayon mərkəzinə, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu vasitəsi ilə respublikamızın istənilən istiqamətinə hərəkət etməsinə imkan yaratmaqla avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradacaq, yük və sərnişin daşımasını asanlaşdıracaq. Səfikürt və Əlirzalı kəndləri ərazisində istismar müddətini başa vurmuş iki mövcud dəmir-beton körpülərin təmiri nəzərədə tutulurdu ki, artıq bu bərpa işləri də yekunlaşıb.