• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 864
— 24.06.2021 20:42

İntensiv bağlardan ilk məhsul yığımı

KepezTV Player

Samuxda salınan intensiv bağlardan ilk meyvə yığımına başlanılıb. İlk olmasına rəğmən təsərrüfat sahibləri məhsuldarlıqdan narazı deyillər. Bəs satış qiyməti necə,fermerləri qane edirmi?

Samuxda 2018-ci ildən salınan intensiv bağların sahəsi 215 ha-dır. Burada əsasən şaftalı, gilas, ərik, alça kimi aöaclar əkilib. Artıq fermerlər çəkdikləri zəhmətin bəhrəsini görürlər. Bağlardan meyvə yığımına başlanılıb. Gilas, ərik, alça bağlarında yığım başa çatıb. Fermerlər gözlədiklərindən də artıq məhsul yığıblar. Bununda səbəbi ənənəvi üsuldan fərqli olaraq intensiv üsulda calaqaltının gödək olması, ağacların yaxın əkilməsidir. Bu ağaclar yığcam çətir əmələ gətirir və vahid sahədə ağacların sayını artırmağa imkan verir. Həmçinin intensiv üsulla əkilən ağaclar tez məhsul verir. Yəni 3 illik ağclardan yüksək məhsul yığmaq mümkündür. Ənənəvi bağ sahələrində əgər hektara 300 meyvə ağacı əkilirsə, intensiv bağçılıqda təxminən 600-650 ağac əkmək mümkündür.

Mübariz Məsimov  təsərrüfat sahibi: İntensiv meyvə bağıdır, bütün meyvə çeşidlərindən var. Gilas, ərik, qoz digər meyvələrdir, məhsuldarlıq normaldır. Bu dayandığımız bağın hektar göstəricisi 30 ton civarındadır. Bütün meyvə saf olmas da küləklə, yağışla əlaqədar xarab meyvələr də olur. Belə hamısının ümumilkdə götürəndə normaldır. Sadəcə bazarda qiymət ucuz olduğundan çəkilən vəsaitləri zorla qarşılayırıq.

İntensiv bağçılıqda suvarma damcı üsulu ilə aparılır. Mineral gübrələrin hamısı damlama ilə bitkilərə verilir. Bu da bitkilərin daha intensiv inkişafını təmin edir.

Kamal Hacıyev  Samux DAİM-in Bitkiçilik sektorunun müdiri: Dövlət tərəfindən ənənəvi meyvə bağının hektarına 240 manat subsidiya verilirsə, intensiv bağa 700 manatdan subsidiya müəyyən olunubdur. İntensiv meyvə bağına fermerlər tərəfindən maraq ildənilə artır. Hər il 20-50 ha artım olur. Fermerlər özləri fərdi qaydada satış aparır. Əgər alıcı tapılarsa yüksək qiymətə satılır, tapılmazsa fermerdə məcburdur məhsulunu əlində qalmasın deyə uyğun bir qiymətə verir.

Hektara təxminən 10 min manat vəsait sərf edən fermerin əldə etdiyi məhsulun bazarda satış qiymətinin 1 manat 50 qəpik-2 manat arasında dəyişməsi gəlirin əldə edilməsinə çətinləşdirir. Odur ki, fermerlər məhsuldarlığı artırmaq hesabına çəkilən xərci kompensasiya etməyi düşünür.

Elnur Vahidoğlu