KepezTV Player
Qubadlı rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksi xidməti istifadəyə verilib. Tədbir çərçivəsində Vətən Müharibəsində şücaət və qəhrəmanlıq göstərərək Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının azad olunmasında fərqləndiklərinə görə təltif edilmiş hərbi qulluqçulara orden və medallar təqdim olunub.“Qubadlı” əlahiddə sərhəd diviziyasının rəhbər heyətinin iştirakı ilə xidməti müşavirə keçirilib, Ali Baş Komandanın verdiyi tapşırıqların icra vəziyyəti, xidməti ərazidə mövcud olan əməliyyat şəraiti və görülən tədbirlər haqqında məruzələri dinlənilib.
- Baxış: 459