KepezTV Player
Bu gündən etibarən Azərbaycan vətəndaşları koronavirusa qarşı peyvəndlənmə məqsədi ilə "Pfizer” vaksinindən də istifadə edə biləcəklər. Vətəndaşların seçim imkanlarını daha da artıran vaksinin istifadəsinə Bakıda yerləşən iki səhiyyə müəssisəsində başlanacaq. 18 yaşından yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər. "Pfizer” vaksini Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınıb.
- Baxış: 311