Gəncədə “Nizami Gəncəvi yaradıcılığı rəssamların gözü ilə” adlı rəsm müsabiqəsinə yekun vurulub. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və Gənclər Evinin birgə tədbirlər planına uyğun olaraq keçirilən bu müsabiqə Nizami Gəncəvinin 880 illiyi çərçivəsində yeniyetmə və gənclər arasında təşkil edilib. Nizami Gəncəvi ədəbi irsinin öyrənilməsi, dahi şairin ölməz beş əsərinin birləşdiyi "Xəmsə"nin timsalında yaradıcılığının gənclər arasında tərənnümü və daha da tanıdılması məqsədi ilə keçirilən rəsm müsabiqəsində 30 yaxın istedadlı rəssam iştirak edib. Müsabiqənin birinci turu Xanbağında reallaşıb və tamaşaçıların gözü önündə rəssamlar öz əsərlərini çəkiblər. İkinci turdan sonra münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib. Sonda qaliblərə diplom və fəxri fərmanlar təqdim olunub.
- Baxış: 470