• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1492
— 05.06.2021 12:18

Vətən müharibəsi şəhidi Eldəniz Verdiyev dəfn olunub

KepezTV Player

Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Eldəniz Verdiyev dəfn olunub. Şəhidin nəşi əvvəlcə ailəsinin yaşadığı Göygöl rayonu Murovdağ qəsəbəsindəki evinə gətirilib. Şəhidlə vida mərasimində doğmaları, yaxınları, Kəlbəcər rayon rəhbərliyi, eləcə də hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Nəşi 8 ay sonra tapılan Vətən müharibəsi şəhidinin cənazəsi önündə qurban kəsilib. Vida mərasimindən sonra Eldəniz Verdiyev izdihamla son mənzilinə yola salınıb. Vətən müharibəsi şəhidi Göygöl rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Kəlbəcər rayonu Seyidlər kənd sakini Verdiyev Eldəniz Rabil oğlu 1999-cu ilin oktyabr ayının 4-də anadan olub. Ailəsi müvəqqəti olaraq Göygöl rayon Murovdağ qəsəbəsində məskunlaşıb. Şəhid Eldəniz Verdiyev subay idi.