• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 904
— 04.06.2021 15:48

Ağdam şəhərinin böyük hissəsi minalardan təmizlənib

KepezTV Player

“Ağdam şəhəri üzrə minatəmizləmə işləri sürətlə və davamlı olaraq həyata keçirilir”. Bunu Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib. Onun sözlərinə görə, şəhərin böyük hissəsi artıq minalardan təmizlənib, hazırda bu işlər müntəzəm olaraq davam etdirilir. Emin Hüseynov qeyd edib ki, minatəmizləmə işləri Ağdamın bərpası ilə bağlı aparılan işlərə mane olmayacaq.