• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1246
— 04.06.2021 15:39

Şəhid jurnalistlərin xatirəsi anılır

KepezTV Player

Bu gün Kəlbəcər rayonunda peşə fəaliyyətini yerinə yetirərkən minaya düşərək şəhid olan media işçilərinin xatirəsi paytaxtda anılır. Şəhidlər xiyabanı ilə Azərbaycan Televiziyasının yaxınlığında anım mərasimi keçirilir. Mərasimdə mətbuat nümayəndələri, ölkənin tanınmış şəxsləri və ictimaiyyət nümayəndələri iştirak edirlər. Mərasim iştirakçıları şəhid olan media işçilərinin vəfatı ilə əlaqədar qoyulmuş xatirə guşəsinin qarşısına gül dəstələri düzürlər.