Daxili İşlər Nazirliyi və Baş Prokurorluq “Azərtac” və AzTV jurnalistlərin minaya düşərək həlak olması ilə bağlı məlumat yayıb. Bu gün saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Az TV telekanalının operatoru Sirac Abışov, Azərtac xəbər agentliyinin əməkdaşı Məhərrəm İbrahimov ,RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda cinayət işi başlanılıb. İntensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir. **Baş Prokuror Kamran Əliyev işğaldan azad edilmiş Kəlbəcər rayonu ərazisində bir qrup şəxsin minaya düşməsi faktı ilə əlaqədar bir sıra beynəlxalq təşkilatlara rəsmi məktub ünvanlayıb. **Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva da Azərbaycanın Kəlbəcər rayonunda Ermənistan tərəfindən basdırılmış minaya düşərək həlak olan mülki şəxslərlə bağlı bəyanat yayıb. **Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözçüsü Fazil Talıbov bildirib ki, xidməti vəzifələrini yerinə yetirərkən həlak olan Məhərrəm İbrahimov, Sirac Abışov və Arif Əliyevə də şəhid statusu veriləcək.
- Baxış: 444