• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 669
— 02.06.2021 12:15

Azərbaycanlı əsirlərə işgəncə verən erməni hərbi cinayətkarlarının məhkəməsi keçirilib

KepezTV Player

Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni hərbi cinayətkarları Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın cinayət işi üzrə məhkəmə keçirilib. Məhkəmə müşavirəyə gedərkən, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva təqsirləndirilən şəxslərlə görüşüb, onların saxlanma şəraiti və səhhətləri ilə maraqlanıb. Bildirib ki, altı ilə yaxın iki soydaşımız orada girovluqda saxlanıldı. Ermənistan ombudsmanı bir dəfə də olsun əsirlərimizə baş çəkməyib, onların vəziyyəti , göstərilən tibbi yardım və qidalanma ilə maraqlanmayıb. Məhkəmə baxışı iyunun 9-na təyin edilib. Azərbaycan Respublikası Baş Prokurorluğu bəyan edib ki, Ali Baş Komandan İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq törədildiyi vaxtdan asılı olmayaraq sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək.