Müasir dövrdə geniş vüsət alan internet artıq cəmiyyətin- insanların yaxın dostuna çevrilib. Özümüz də hiss etmədən bu şəbəkənin içinə daxil oluruq və adətkarı oluruq. Xüsusən də pandemiya dönəmində tələbələr, şagirdlər, ümumiyyətlə yaşından və cinsindən asılı olmaraq əksəriyyət internet istifadəçisinə çevrilib.
şəhər sakini: Hal hazırda istifadə etdiyim tvitrdı, feysbukdu və ən çox istifadə etdiyim instaqramdı.
şəhər sakini: Bütün sosial şəbəkələrdən istifadə edirəm. İnstagram, facebook, whatsapp.
şəhər sakini: İnstaqramdan istifadə edirəm, feysbukdan istifadə edirəm. Videolar qoyuruq.
şəhər sakini: İnstagram, vatsap bir də yutub.
İnternet təkcə bir ünsiyyət vasitəsi deyil, həm də bir çoxumuzun həyatının bir parçasına çevrilib. Müxtəlif məqsədlər üçün istifadə edililən intenetin müsbət tərəflərinin çox olmasına baxmayaraq, səbəb olduğu təhlükələrin də fərqinə varmalıyıq. Amma bir şeyin istifadəsi insanın xüsusiyyətlərinə mənfi təsir edirsə, hansısa bir məqamda buna yox deməyi bacarmalıyıq. Nəyə görə insanların əksəriyyəti sosial şəbəkələrə bu dərəcədə bağlanır?
Taciyə Mehdisoy psixoloq: Çünki insanlar özlərində olan boşluqları dövrdə baş verən yəni artıq olan nə varsa ondan göstərməyə çalışırlar. Ünsiyyətin darlığı, canlı ünsiyyətin azlığı sosial şəbəkədə insanların özünü ifadə etməsinin artığlığı ilə bərabərləşməyə başladı. Xarakterimizdəki boşluqlar, özümüzü cəmiyyətdə təqdim edə bilməməyimiz öz daxili dünyamızdakı zəifliyimiz, özgüvən əksikliyimiz bizim sosial şəbəkəyə daha çox axın etməyimizə gətirib çıxarır. Əksər hallarda ümumiyyətlə bir insan söz danışarkən təsdiq olunmasını çox istəyir. İndi sosial şəbəkələrdə bu təsdiqi layklar və yaxud digərləri tərəfindən bizə atılmış dostluqlar təsdiqləməyə özünü sübut etməyə çalışır. Paylaşımlarımızda, çəkdiyimiz şəkillərdə, göstərdiyimiz videoların hər birisində biz insanlar tərəfindən rəylərini eyni zamanda bəyənilərini aldıqda özümüzün özgüvən əksikliyini tamamlamış oluruq.
Və birdə insanlar arasında sosial şəbəkədən istifadə heç də mənfi hesab olunmamalıdır.
Taciyə Mehdisoy psixoloq: Bu gün əgər biz alış-verişi, hətta kitab oxumağı hər birisini sosial şəbəkədə görürüksə, qəzetdən, jurnaldan alacağımız bütün məlumatları sosial şəbəkədən ala biliriksə, bizi orda saxlayan qüvvələrin ən vacib tərəflərindən biri də elə budur.
Cari il ərzində Azərbaycanda müxtəlif sosial media platformalarının aprel ayında istifadəçilərinin sayına görə "YouTube", "Twitter" və "Instagram" ilk üçlükdə yer alır. "Facebook" dördüncü ən çox giriş edilən sosial media platformasıdır. Mütəxəsislər bildirir ki, sosial şəbəkələrə marağın artmasına səbəb xüsusi karantin dövrüdür.
Sahib İbrahimov İT mütəxxəsisi: Xüsusən də pandemiya dönəmində sosial şəbəkələrdən həm təhsil həm iş sahəsində istifadəyə başlanılmışdır. Çünki bu sosial şəbəkələrdən istifadə daha rahat olduğu üçün məsələn qruplar yaradılır və iş kollektivləri daxil olunur və ya tələbələr daxil olunur və müəllimlər də asanlıqla tapşırıqlarını verə bilirlər.
Sosial şəbəkələrə artan maraq ondan düzgün istifadəni əsas edir. Məqsəd faydalanmaq olmalıdır ki, sosial şəbəkələr bizim əsl dostumuz olsun.
Aişə Rzayeva
- Baxış: 482