• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1000
— 19.05.2021 19:41

Azərbaycan-Ermənistan sərhədində baş vermiş hadisələrə diqqət yetirilib

KepezTV Player

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi həmsədrlərinin video formatda görüşü keçirilib. Ermənistanın 44 günlük müharibə bitdikdən sonra Azərbaycan ərazisinə göndərdiyi təxribatçıları “hərbi əsir“ kimi, Azərbaycan tərəfinin azad olunmuş ərazilərdə dövlət sərhədini gücləndirmə tədbirlərini özünə “hücum” kimi qələmə verməyə çalışdığı qeyd edilib. Ermənistan tərəfi ələ keçirilən diversantların sayını da şişirdib və çox güman ki, müharibədə itkin düşən əsgərlərini də terrorçuların siyahısına əlavə edib.Görüşdə Avropa Parlamentində mayın 20-də müzakirə olunacaq “Ermənistan və Azərbaycan arasında ən son münaqişədən sonrakı hərbi əsirlər” adlı qətnamənin layihəsi müzakirə olunub və Azərbaycan tərəfinin qətnamənin mətni ilə bağlı narazılığı bildirilib. Sərhəddəki gərginliyin isə Ermənistanın işğal zamanı Azərbaycan ərazilərinə keçərək postlar qurması və zəbt etdiyi ərazilərdə məskunlaşdırma aparmasından qaynaqlandığı bildirilib.