Müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir. Təlimlərin niyyətinə uyğun olaraq daimi dislokasiya məntəqələrini həyəcan siqnalı ilə tərk edən raket və artilleriya bölmələri təyin edilmiş marşrutlarla hərəkət edir.
Təlimə cəlb edilən tank bölmələri tapşırıqları yerinə yetirir
Azərbaycan Ordusunda müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimin niyyətinə uyğun olaraq əməliyyatlarda atəş dəstəyi həyata keçirəcək tank bölmələri təyin edilmiş məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqlar icra edirlər.
Təlimlərdə döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilir
Azərbaycan Ordusunda keçirilən təlimlərin planına uyğun olaraq döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilir. Döyüşə hazır vəziyyətə gətirilən təyyarə və helikopterlər ehtiyat aerodromlara çıxarılır.
- Baxış: 768