KepezTV Player
Gəncədə ötən gün əsən güclü külək zamanı şəhərin müxtəlif ərazilərində, küçə və prospektlərdə, parklarda 20-ə yaxın iri gövdəli ağac aşıb. Nəticədə piyada və avtomobillərin hərəkətində müəyyən çətinlik və təhlükə yaranıb. Təbiət hadisəsi nəticəsində əsasən yaşı çox olan qurumuş və kövrək ağaclar aşıb. Axşam saatlarından başlıyaraq Gəncə şəhər Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin 4 birqadası tərəfindən aşan ağaclar kəsilərək ərazidən daşınıb. Təhlükəli hala düşən bəzi ağaclar isə budanıb. Xoşbəxtlikdən təbiət hadisəsi zamanı xəsarət alan olmayıb.
- Baxış: 338