KepezTV Player
Naxçıvan Qarnizonu Qoşunlarında qərargahların və şəxsi heyətin döyüş bacarığının təkmilləşdirilməsi istiqamətində keçirilən təlimlər davam edir. Qoşunlar müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilib, birləşmə və hissələr “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Qoşunların cəmləşmə rayonlarında yerləşməsi və müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilməsi zamanı şəxsi heyətin tapşırıqları operativ yerinə yetirməsi məşq etdirilib. Qərargahlar tərəfindən Vətən müharibəsində qazanılan təcrübələrə uyğun hesablamalar aparılıb, qəbul olunan qərarlar üzrə prakitiki fəaliyyətlərə cəlb edilən qüvvələr döyüş atışlarını icra ediblər.
- Baxış: 303