Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin sözlərinə görə, “Türkiyə Azərbaycana qardaş ölkə, İsrail isə bizim strateji tərəfdaşımızdır. Biz istəyirik ki, dostlarımız bir-biri ilə də dostluq etsinlər”. Şmuel din Elmasın İsraildə çıxan nüfuzlu “Israel HaYom” qəzetində dərc olunmuş məqaləsi bu mövzuya həsr edilib. Bayden administrasiyasının qondarma erməni soyqırımını tanımaq barədə qərarı hazırda azərbaycanlılar üçün çox aktual məsələdir. Bu barədə Hikmət Hacıyevin mövqeyi birmənalıdır. O deyir: “Bu, tarixi səhvdir, heç nəyi Holokosta bərabər tutmaq olmaz”.İsrail şirkətlərini Qarabağın bərpası prosesinə cəlb etməyə hazırlaşırsınızmı? sualına isə Hacıyev belə cavab verib: İsrail şirkətlərinin bizə kömək etmək üçün sanballı texnoloji potensialı var. Biz “ağıllı şəhərlər” salınmasında və su ehtiyatlarının idarə edilməsi sektorunda İsrail şirkətlərinin köməyinə maraq göstəririk.
- Baxış: 275