• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 769
— 15.04.2021 15:53

1504 şagird buraxılış imtahanı verib

KepezTV Player

Gəncədə 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. Buraxılış imtahanı şəhərdə 6 bina da təşkil edilib.  1504 şagird imtahanda öz biliklərini yoxlayıblar. İmtahanların idarə olunması üçün 18 imtahan rəhbəri və 133 zal nəzarətçisi ayrılıb. Pandemiyya qaydalarına uyğun olaraq kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları binaya müxtəlif vaxtlarda daxil olub və imatahan saat 11-də başlayıb. Şagirdlər 3 saat ərzində Azərbaycan dili fənnindən 30, riyaziyyatdan 25 və xarici dildən 30 sualı cavablandırıblar. İmtahanda təyin olunan bütün qaydalara tam riayyət edilib. Spirt və maskalardan istifadə edilib və şagirdlər tək-tək əyləşdirilib.İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Nuran Abbasov  şagird: 44 nömrəli orta məktəbdə oxuyuram. Suallar elədə çox çətin deyildi, yaza bildim. Qapalıda açıqda var idi. İngilis dilini dinlədik sonrada yazdıq.

Əli Cəfərov  ümumi imtahan rəhbəri: Gəncə şəhərində 18 saylı məktəbdə 261 şagird imtahanda iştirak etməliydi. Bunlardan 6 nəfər müəyyən səbəblərdən imtahanda iştirak etmədi. Buraxılış pandemiyya qaydalarına tam riayət olundu. Zallarda şagirdlər tək-tək əyləşdi və heç bir neqativ hal aşkarlanmadı. Hərarəti olan da aşkar edilmədi.