KepezTV Player
Tovuz rayonunda orta məktəbin 2 sinfi distant təhsilə keçib. İsakənd tam orta məktəbində bir nəfər müəllimdə COVID-19 testinin cavabları pozitiv çıxıb. Bu səbəbdən müəllimin dərs dediyi iki sinif bağlanıb. Şagirdlər müvəqqəti olaraq onlayn təhsil alacaqlar. Məktəb rəhbərliyi tərəfindən şagirdlərin valideynləri məlumatlandırılıb, sinif otaqları xüsusi məhlullarla dezinfeksiya edilib.
- Baxış: 387