• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 717
— 05.04.2021 19:06

"Türk ordusu dost və qardaşlarımızın haqqını qoruyur"

KepezTV Player

“Türkiyə Silahlı Qüvvələri Suriya, İraq, Kipr, Azərbaycan, Liviya, Aralıq dənizinin şərqi və başqa coğrafiyalarda, ölkədə və sərhəd xaricində hüquqlarımızı, əlaqələrimizi, maraqlarımızı qorumaq, regional və qlobal sülhü, sabitliyi, dost və qardaşlarımızın da haqqını, hüququnu qorumaq üçün böyük fədakarlıq və qəhrəmanlıqla apardığı mübarizəni davam etdirir”. Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Təqaüdçü Zabitlər Dərnəyi və Türkiyə Təqaüdçü Çavuşlar Dərnəyinin başçılarını, İdarət Heyətinin üzvlərini qəbul edərkən bildirib. Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri ağıl və elm işığında, Konstitusiya çərçivəsində, qanunlara uyğun olaraq, türk millətinin əmrindədir: “Buna heç kim şübhə etməsin”.