• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1757
— 30.03.2021 12:25

Ceyhun Bayramov iranlı həmkarı ilə görüşüb

KepezTV Player

Xarici işlər naziri Ceyhun Bayramov Tacikistanda İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb. Nazirlər Azərbaycan və İran arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin regional təhlükəsizlik məsələləri, xüsusilə də Vətən Müharibəsindən sonra bölgədə mövcud olan vəziyyət, imzalanmış üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər. Məhəmməd Cavad Zərif İran şirkətlərinin azad edilmiş ərazilərin minalardan təmizlənməsi və yenidənqurma işlərində iştirak etməyə hazır olduğunu qeyd edib.