• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2006
— 04.03.2021 09:53

İrana səfər qaydaları

KepezTV Player

İranın Azərbaycandakı səfirliyi koronavirusla mübarizə dövründə İslam Respublikasına səfərin qaydalarını açıqlayıb. Qonşu ölkəyə getmək istəyən Azərbaycan vətəndaşları əvvəlcə Nazirlər Kabineti yanında Operativ Qərargahdan çıxış icazəsi almalıdırlar. Daha sonra isə İranın Bakıdakı Səfirliyinin Konsulluq Şöbəsinə müraciət etməklə qeydiyyatdan keçərək İslam Respublikasına giriş icazəsi əldə etməlidirlər.