• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1216
— 03.03.2021 19:11

Birgə hərbi təlimlərin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

KepezTV Player

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkədə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Hərbi əməkdaşlığın əsas istiqamətlərinin müzakirəsi zamanı Azərbaycan Ordusu ilə Pakistan Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin, o cümlədən xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi ilə birgə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkili və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.