• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1789
— 03.03.2021 19:46

"Biz diqqətimizi iqtisadiyyat sahəsində cəmləşdirəcəyik"

KepezTV Player

Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib. Dövlət başçısı bu günə qədər əməkdaşlığın çox səmərəli olduğunu deyib və tərəfdaşlığı genişləndirməkdən danışıb.

Müharibənin ilk günündən Pakistan Azərbaycana həmrəylik və dəstək nümayiş etdirdi. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının tərəfdarı kimi çıxış etdi və Ermənistanın təcavüzünü pislədi. Bu, həqiqi qardaşlıq və dostluğun nümunəsi idi deyən prezident vurğulayıb ki, Azərbaycanda insanlar Pakistan xalqı ilə bağlı öz hisslərini nümayiş etdirdilər, müharibə zamanı Pakistan bayraqlarını dalğalandırdılar. Bu, birlik və qardaşlığımızı nümayiş etdirir.

Dövlət başçısı hərbi sahədə əməkdaşlığın böyük potensialı olduğunu deyib.

Prezident İlham Əliyev Azərbaycan, Türkiyə və Pakistan arasında siyasi və digər sahələrdə, o cümlədən müdafiə sahəsində üçtərəfli əməkdaşlıq formatının yaxşı nəticələrinə toxunub. "Biz səylərimizi birləşdirərək mövqelərimizi gücləndirəcəyik və sülhə töhfə verəcəyik. Çünki ölkələrimiz regionda sülh və ədalətin tərəfdarıdır". Sitatın sonu.