• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2239
— 03.03.2021 15:45

Zəngilan rayonunun Beşdəli kəndi

KepezTV Player

Dağıdılmış evlər, baxımsız bağlar. Erməni vandallığının daha bir sübutu - Zəngilan rayonunun Beşdəli kəndi. Müdafiə Nazirliyinin kadrlarını yaydığı bu yaşayış məntəqəmiz 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 7-də isə Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub. Dağətəyi ərazidə yerləşən Beşdəli kəndi Şahsevənlərin ataxanlı qolunun beşdəli tirəsinin məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir.