• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1955
— 03.03.2021 12:03

Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 9 nəfər saxlanılıb

KepezTV Player

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına təəssüf ki, hələ də rast gəlinir. Laçın Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Füzuli rayonunun işğaldan azad olunmuş kəndlərinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 9 nəfər saxlanılıb və aidiyyəti üzrə Füzuli RPŞ-yə gətirilib. Araşdırmalarla onların Füzuli rayon Zobucuq qəsəbə sakinləri olduqları müəyyən edilib. Barələrində qanuna müvafiq tədbirlər görülüb.