• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1588
— 02.03.2021 16:48

Tələbata uyğun ixtisaslara maraq artıb

KepezTV Player

Adətən valideyn və şagirdlərdə peşə təhsili sahəsinə maraq az idi. Ölkədə peşə təhsili sahəsində hazırlanan kadrlara ehtiyacın getdikcə artması, əmək bazarının dəyişən tələbləri və əlavə dəyər yaradan 22 yeni ixtisas yaradıldıqdan sonra bu sahəyə maraq artıb. Hər il isə bu sahəyə istiqamətlənən şagirdlərin sayı, bir öncəki ildən daha çox olur.

Müasir, bazar yönümlü ixtisaslar son zamanlar peşə təhsilinə marağı artırıb. Bu özünü peşə məktəblərinə qəbulda və şagirdlərin seçdikləri ixtisasda nəzərə çarpacaq qədər göstərir.

Elmir Cəfərov 2 №-li peşə məktəbinin direktoru: Bildiyimiz kimi bir neçə illər öncə ali məktəblərə istiqamətlənən şagirdlər bu günki gün ali məktəblə yanaşı eyni zamanda peşə təhsili üzrə təhsil almaq üçün peşə məktəblərinə üz tuturlar. Bizim məktəbimizdə də adından da məlum olduğu kimi ticarət və xidmət üzrə peşə təhsilləri verilir şagirdlərə və bunun nəticəsidir ki, bu günki gün peşə məktəblərinə istiqamət şagirdlər tərəfindən çoxalıb və bu da öz nəticəsini verir ki, gəncəmizdə fəaliyyət göstərən bir neçə iaşə obyektləri və eyni zamanda ərzaq malları satılan magazalarda hal hazırda çalışan əməkdaşların peşə təhsili məktəbini bitirmiş məzunlar, şagirdlərdir ki, bu gün onlar orada çalışır.

Bu istiqamətdə icra edilən birgə layihələrin də rolu az deyil. Yaxın günlərdə start götürəcək Avropa ittifaqı tərəfindən maliyyələşdirilən və BMT- nin inkişaf proqramı layihəsinin əsasında icra ediləcək yeni proqram bu baxımdan yeni imkanlar açır.

Elmir Cəfərov 2 №-li peşə məktəbinin direktoru: Bu layihə Azərbaycanda 7 məktəbi əhatə edir ki, onlardanda biri 2 saylı Gəncə peşə məktəbidir ki, bu layihə burda da pilot layihə olaraq olacaq. Buna nələr daxildir, yeni emalatxanaların qurulması, işsizliyin işlə təmin oluması üçün şəxslərin bir daha özünə məşğulluğun artırılması, yeni peşələrə yiyələnməsi barədə bu istiqamətdə işlərə, layihədə start verilib.

Müəllimlər də peşə təhsilinə olan marağı bu sahəyə istiqamətlənən şagirdlərin artar sayı ilə izah edirlər.

Aybəniz Atai müəllim: Bərbər, vizajist, manikurçu qrupunda işləyirəm. Uzun müddətdir bu sahədə çalışıram. Əvvəllər bu sahədə ehtiyac nə qədər idisə amma bu gün təlabat onnan da artıqdır. Getdikcə ildən-ilə bu sahədə tələbələrin sayı daha çox artır.

Gəncədə peşə təhsili üzrə 2 mərkəzdə 6 məktəb fəaliyət göstərir.