KepezTV Player
Fevralın 1-21-i tarixlərində ölkə üzrə Covid-19-a yoluxan şagirdlərin sayı açıqlanıb. Təhsil Nazirliyindən bildirilib ki, həmin müddətdə 225 şagird və işçi heyətdən 159 nəfər koronavirusa yoluxub.Fevralın 22-dək distant təhsilə keçirilən siniflərin sayı 84, distant təhsilə keçirilən məktəblərin sayı 4-dür. Gigiyena və Epidemiologiya mərkəzlərinin qərarına əsasən, distant təhsilə keçirilən təhsil müəssisələri Respublika İncəsənət Gimnaziyası, Bakı şəhəri 82 nömrəli, Gəncə şəhəri 37 nömrəli və Ağdam rayonu Əfətli kənd tam orta məktəbləri olub.
- Baxış: 164