• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1874
— 20.02.2021 16:54

İrəvanda mitinq keçirilir

KepezTV Player

Ermənistan müxalifətinin növbəti mitinqi keçirilir. Şəhərin Azadlıq meydanına toplaşanlar Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.Mitinqdən öncə xalqı meydana səsləyən müxalif qüvvələrin bəzi rəhbərləri həbs olunmağa başlayıb. Bu mənada "VETO" hərəkatının lideri Narek Malyan saxlanılıb. Erməni mətbuatının məlumatına görə, polislər onu şəhərin mərkəzi küçələrinin birində tutublar. Ötən gün sabiq deputat Karen Bekaryan, parlament aparatının sabiq sədri Ara Saqatelyan və daha iki nəfər Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Onlar "Facebook"da saxta hesablar vasitəsilə Nikol Paşinyanı sərt tənqid etməkdə ittiham olunub. Hüquq-mühafizə orqanları müxalifətçilərə qarşı hərbi vəziyyət müddətində senzura qaydalarını pozmaq ittihamını irəli sürüb.