• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2263
— 20.02.2021 16:11

Həmzəli və Ağdam rayonunun Qalayçılar kəndi

KepezTV Player

Həmzəli Qubadlı rayonunun ərazisində kənddir.1993-cü ildə Ermənistanın işğalı altına düşən kənd Həkəri çayının sahilində yerləşir. Yaşayış məntəqəsini vaxtilə indiki Qarakişilər kəndinə birləşmiş Həmzəli kəndindən çıxan ailələr saldığı üçün belə adlanır. Kənd 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Müdafiə Nazirliyi işğaldan azad edilən Ağdam rayonunun Qalayçılar kəndindən də videogörüntülər yayıb. Qalayçılar kəndi 1993-ci il iyunun 16-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.10 noyabr 2020-ci ildə imzalanan 3 tərəfli bəyanata əsasən 20 noyabrda kənd işğaldan azad edilib. Kənddə 2 mağaza, orta və ibtidai məktəb, tibb məntəqəsi, kitabxana. klub və uşaq bağçası fəaliyyət göstərib. Qalayçılar rayon mərkəzindən 26 km şimal qərbdə Qabartı çayının sağ və sol sahilində, Qarabağ silisiləsinin ətəyində yerləşir.