• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1839
— 20.02.2021 12:40

Şəhid mayor “NATO-nun Ləyaqətli Xidmət Medalı”na layiq görülüb

KepezTV Player

Azərbaycan Ordusunun şəhid zabiti, tabor komandiri mayor Rəhim Hüseynov 2020-ci ilin yekunları üzrə “NATO-nun Ləyaqətli Xidmət Medalı”na layiq görülüb. Cəsur döyüşçünün mükafatı anım mərasimində ailəsinə təqdim edilib.Motoatıcı taqım komandirliyindən tabor komandiri vəzifəsinədək yüksəlmiş Rəhim Hüseynov yüksək keyfiyyətlərə malik intellektual səviyyəli zabit, hər bir əsgərin sevgisini qazanan komandir kimi xarakterizə edilir. Şəhid mayor dünyanın aparıcı ölkələrində beynəlxalq əhəmiyyətli kurslarda iştirak edib. Azərbaycan zabitinin ən yüksək mənəvi və iradi keyfiyyətlərini özündə birləşdirən igid zabitimiz xidmət müddəti ərzində NATO təlimləri və kursları çərçivəsində keçirilən beynəlxalq tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrini layiqincə təmsil edərək Azərbaycan bayrağını həmişə şərəflə daşıyıb. Cəbrayıl, Füzuli və Qubadlı rayonları uğrunda hərbi əməliyyatlarda düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirib. Göstərdiyi qəhrəmanlıq nümunələrinə görə “Qarabağ” ordeni, “Vətən uğrunda”, Cəbrayıl və Qubadlının azad olunmasına görə medalları ilə təltif edilib.